Şirvanda xuliqanlıq edən şəxslər saxlanıldı - FOTO

10:00 - 23 Dekabr 2021 - HADİSƏ

Şirvanda xuliqanlıq edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində xuliqanlıq edən 4 nəfər saxlanılıb.

Arasdırmalarla onların şəhər sakinləri Ramil Əbilov, Rəşad Məmmədov, Telman və Məmmədağa Heydərovlar olduqları müəyyən edilib.

Saxlanılan şəxslər barəsində Şirvan ŞPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar aparılır.

 

Xəbər xətti