Azərbaycanda 10-cu sinif şagirdi qaçırıldı

11:00 - 22 Dekabr 2021 - HADİSƏ

Ağdamda məktəbli qız qaçırılıb.

“Report” xəbər verir ki, hadisə ötən gün rayonun məcburi köçkünlərin məskunlaşdığı İmamqulubəyli qəsəbəsində baş verib.

Belə ki, İmamqulubəyli qəsəbə tam orta məktəbinin 10-cu sinif şagirdi G.M. məktəbdən qayıdarkən qaçırılıb.

İlkin məlumatlara görə, qız sevdiyi oğlanla qaçıb.

Qızın valideynləri hadisə ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə müraciət ediblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Xəbər xətti