Bakıda məşhur restoranda yanğında 3 nəfər tüstüdən zəhərlənib

10:40 - 22 Dekabr 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda restoranda baş verən yanğınla bağlı daha bir məlumat yayıb.

FHN-dən Ucnoqta.az-a daxil olan məlumatda deyilir: 

"Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan (hər mərtəbəsi 240 m²) beşmərtəbəli restoran binasının fasadına bərkidilən bacada yağ qalıqları və damında quraşdırılan havalandırma sistemində 1 ədəd mühərrik yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb".

Xəbər xətti