Bakıda "Jeep" ər-arvadı vuraraq öldürdü

10:18 - 22 Dekabr 2021 - HADİSƏ

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu Mərdəkan şosesi istiqamətində yolda qeydə alınıb.

Bakı şəhər sakini Rövşən Əsgərov idarə etdiyi "Jeep-Grand Cherokee" markalı avtomobillə yolda hərəkət edən zaman piyadalar üçün nəzərdə tutulmayan yoldan keçən 1961-ci il təvəllüdlü Möhtərəm Kazımova və onun həyat yoldaşı, 1957-ci il təvəllüdlü Zahid Kazımovu vurub. Nəticədə piyadalar aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi başlanılıb.

 

Xəbər xətti