Bakıda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib

00:45 - 22 Dekabr 2021 - HADİSƏ

Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Maştağa qəsəbəsinin Savalan yaşayış massivində 1981-ci il təvəllüdlü İsmayılov Fəxrəddin İsmayıl oğlu, 1979-cu il təvəllüdlü İsmayılova Vüsalə İsmayıl qızı və 7 yaşlı Rzayeva Əsna Elnur qızı, 16 yaşlı Rzayev Rafiq Elnur oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər. Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisənin təfərrüatı araşdırılır.

Xəbər xətti