Rusiyalı hərbçilər qar uçqunu altında qaldı

21:42 - 21 Dekabr 2021 - HADİSƏ

Cənubi Osetiyada beş rusiyalı hərbçi qar uçqunu altında qalıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsi məlumat yayıb.

Hadisənin Transqafqaz magistralında baş verdiyi bildirilib.

Qar uçqunu altından çıxarılan 3 hərbçinin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Digər ikisinin axtarışları aparılır.///axar.az

Xəbər xətti