Qubada yük avtomobili aşıb

19:44 - 21 Dekabr 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Quba rayonu, Qonaqkənd qəsəbəsi ərazisində ”Ford” markalı yük avtomobilinin yol kənarına aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə FHN-dən bildirilib.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti