Bakıda içkidən zəhərlənən kişi öldü

18:55 - 21 Dekabr 2021 - HADİSƏ

Bakıda yaşlı kişi spirtli içkidən zəhərlənib.

Hadisə dekabrın 18-də gecə saatlarında qeydə alınıb. Ad soyadı hələlik bilinməyən təxminən 60-70 yaşlarında kişi spirtli içkidən zəhərlənərək ölüb.

Onun Kliniki Tibbi Mərkəzdə öldüyü bildirilir.

Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabr ayının 17-si axşam saat 6 radələrində Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən naməlum şəxsin vəziyyəti çox ağır olub. Xəstənin spirtli içkidən zəhərlənməsi ilə yanaşı güclü soyuqdəyməsi olub.

Onun küçədə yaşayan şəxs olması ehtimal edilir.

Vəziyyəti çox ağır olduğundan, dekabr ayının 18-i səhər saatlarında dünyasını dəyişib.///lent.az

Xəbər xətti