Ağdamda müştərilərə qəlyan təklif edən çay evi aşkarlandı

11:22 - 21 Dekabr 2021 - HADİSƏ

Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayonun Quzanlı qəsəbəsində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən çay evi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb.

Faktla bağlı Ağdam RPŞ-də araşdırma aparılır.

Xəbər xətti