Neftçalada 27 yaşlı gənc intihara cəhd edib

08:50 - 21 Dekabr 2021 - HADİSƏ

Neftçalada intihara cəhd hadisəsi baş verib. Ucnoqta.az xəbər verir ki, rayonun Aşağı Qaraimanlı kənd sakini, 27 yaşlı Tağıyev Vasif Bəxtiyar oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihara cəhd edib. Lakin yaxınları tərəfindən vaxtında müdaxilə edildiyindən onun həyatını xilas etmək mümkün olub. V.Tağıyev Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisənin səbəbi hələlik məlum deyil. Onun epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti