Göyçay sakini “Naqan” markalı tapançanı polisə təhvil verib

07:44 - 21 Dekabr 2021 - HADİSƏ

Vətəndaşlarda olan qanunsuz odlu silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə müraciət edən rayonun İnçə kənd sakini Dursunalı Allahverdiyev “Naqan” markalı tapançanı könüllü olaraq təhvil verib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti