Goranboyda avtomobil aşıb, xəsarət alanlar var

00:30 - 21 Dekabr 2021 - HADİSƏ

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Yeni yol kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti