Gəncədə mağaza yandı

00:04 - 21 Dekabr 2021 - HADİSƏ

Gəncədə yanğın hadisəsi olub.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin "Köhnə Avtovağzal" adlanan  ərazisində qeydə alınıb. Sözügedən ünvanda yerləşən mağazada anidən yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürlüb, hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbər xətti