Qazaxda 64 yaşlı kişi bıçaqlanıb

23:03 - 20 Dekabr 2021 - HADİSƏ

Qazaxda bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb.

1957-ci il təvəllüdlü Şahvələdov Haqverdi Allahyar oğlu bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbər xətti