Lənkəranda avtomobil işıq dirəyinə çırpılıb - ölən var

09:15 - 20 Dekabr 2021 - HADİSƏ

Lənkəran şəhəri, Kərgəlan kəndində "Mercedes" markalı minik avtomobili yol kənarındakı işıq dirəyinə çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü 2000-ci il təvəllüdlü Rzayev Qadir Qəhrəman oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti