Bakıda 62 yaşlı qadını evinin qarşısında avtomobil vurub

08:25 - 20 Dekabr 2021 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Avtomobil 1959-cu il təvəllüdlü Cabbarova Nailə İsvəndiyar qızını yaşadığı evin qarşısında vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti