Türkiyədə avtobus qəzasında iki azərbaycanlı ölüb

12:04 - 19 Dekabr 2021 - HADİSƏ

Ötən gün Türkiyədə baş verən yol qəzasıda 2 azərbaycanlı həyatını itirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.
Məlumata görə, Qarsın Sarıqamış qəsəbəsində baş verən faciəvi avtobus qəzası zamanı 4 nəfər ölüb, onlardan 2-si Azərbaycan vətəndaşıdır.

Qeyd edək ki, dekabrın 18-də İğdır-Ankara ekspedisiyasını həyata keçirən sərnişin avtobusu güclü qar və duman olan Qars-Ərzurum avtomobil yolunda aşıb.

Xəbər xətti