Gəncədə intihara cəhd hadisəsi baş verib.
Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
1998-ci il təvəllüdlü A.Şərifov yaşadığı evdə özünü asıb. 23 yaşlı oğlan yaxınları tərəfindən asılmış vəziyyətdə aşkarlanıb. O, dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
A.Şərifovun hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.///apa