Sərxoş halda mübahisə edən Şirvan sakini bıçaqlandı

23:30 - 18 Dekabr 2021 - HADİSƏ

Şirvan şəhəri Bayramlı qəsəbə sakini, 1962-ci il təvəllüdlü Mirzəyev İlqar Ərəstun oğlu 2 bıçaq xəsarəti ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə daxil olub.

APA-nın məlumatına görə, sərxoş vəziyyətdə olan İ.Mirzəyev həmyerliləri ilə mübahisə edib. Bu zaman həmin şəxslərdən biri ona bıçaq xəsarətləri yetirib.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti