Şəmkirdə maşın dərəyə aşıb, xəsarət alanlar var

20:26 - 18 Dekabr 2021 - HADİSƏ

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonda "Qırmızı Körpü" adlanan yerdə qeydə alınıb.

Hərəkətdə olan "VAZ" markalı minik maşını idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə təcili tibbi yardın briqadası və DYP əməkdaşları cəlb olunub.

 

Xəbər xətti