Azərbaycanda kişi arvadının başını kəsdi, oğlunu yaraladı

17:09 - 18 Dekabr 2021 - HADİSƏ

Abşeron rayonunda qətl hadisəsi olub.

Abşeron Rayon Prokurorluğundan Ucnoqta.az-a verilən xəbərə görə, hadisə dekabrın 18-i saat 15 radələrində Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisində qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Ağaməhəmməd Əhmədovun yaşadığı evdə aralarında yaranan mübahisə zamanı arvadı, 1963-cü il təvəllüdlü Bəsti Əhmədovanın başını kəsərək öldürüb, oğlu 1985-ci il təvəllüdlü Taleh Əhmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə), 29, 120.2.7-ci (İki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

A.Əhmədov şübhəli şəxs qismində saxlanılıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi həyata keçirilir.

Xəbər xətti