İmişlidə evə basqın edib ana və qızı bıçaqla hədələyən şəxs saxlanılıb

12:00 - 18 Dekabr 2021 - HADİSƏ

Bakıda quldurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinə dekabrın 17-də saat 05 radələrində şəhər ərazisində yaşayan S.Məmmədovanın evinə girən qonşusunun onu və anasını bıçaqla hədələyərək 170 manat pulunu alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən E.Qasımov saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti