Ağakərimlə bağlı ÜZÜCÜ XƏBƏR: İNSULT keçirdi

11:49 - 18 Dekabr 2021 - HADİSƏ

Meyxanaçı Ağakərim ( Kərim Novruzov) yenidən insult keçirib. 

Lent.az-ın məlumatına görə, bu barədə onun sənət dostu, meyxanaçı Ağamirzə Məmmədov “Günün sədası” verilişində danışıb. 

Onun sözlərinə görə, Ağakərimin 1 həftə əvvəl yenidən halı pisləşib və insult keçirib. “Gözləri qaraldı, əsməyə başladı, titrəyirdi. Həkim gətiriblər, deyib, yenə insult keçirdib”,- deyə Ağamirzə bildirib. 

Xəbər xətti