Milli Qəhrəmanın polis rəisi olmuş qardaşı həbs edildi - FOTO

11:23 - 18 Dekabr 2021 - HADİSƏ

Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin qardaşı həbs edilib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Neftçala və Bakının Sabunçu rayonunun keçmiş polis rəisi olan Rza Hacıyev dünən gecə 12 radələrində paytaxtda cinayət törədib.

Rza Hacıyev bir zamanlar rəhbərlik etdiyi Sabunçu rayonunun Pirşağı qəsəbəsində münaqişə zəminində həm qohumu, həm də biznes şəriki olan şəxsin “Lexus” markalı maşınına avtomatdan 18 dəfə atəş açıb.

Artıq Rza Hacıyev saxlanılıb və onun üzərindən cinayəti törətdiyi “AKM” markalı avtomat götürülüb. İstintaq davam etdirilir.

Xəbər xətti