Masallıda ağır yol qəzası olub, 8 nəfər yaralanıb

00:12 - 18 Dekabr 2021 - HADİSƏ

Masallı rayonunda ağır yol qəzası baş verib.

Ucnoqta.az xəbər verir ki, rayonun Təklə kəndi ərazisində minik avtomobili mikroavtobusla toqquşub. Hadisə nəticəsində azı 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlardan dördü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına, dördü isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qəzaya dumanlı hava şəraitinın səbəb olduğu ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti