Azərbaycanda sərnişin avtobusu minik maşını ilə toqquşub - 9 nəfər xəsarət alıb

23:43 - 17 Dekabr 2021 - HADİSƏ

Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzə 9 nəfər gətirilib.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, qəzada xəsarət alanların siyahısı belədir:

Bakıda yeznə və qayın bıçaqlanıb

Tovuz sakini odlu silahdan özünə atəş açaraq intihar edib

Qazaxda yol qəzasında 1 nəfər xəsarət alıb.

1. 2008-ci il təvəllüdlü Əliyeva Nigar,
2. 1988-ci il təvəllüdlü Əliyeva Samirə,
3. 2010-cu il təvəllüdlü Əlili Əli,
4. 1960-cı il təvəllüdlü Qəhrəmanova Akifə,
5. 1968-ci il təvəllüdlü Ağabəyova Gülzar,
6. 1961-ci il təvəllüdlü Məmmədova Təranə,
7. 1994-cü il təvəllüdlü Mərdarov Zabit,
8. 1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə,
9. 1971-ci il təvəllüdlü Əliyev Xaliq.

Xəstələrdən 3 nəfər reanimasiyadadır. 1 nəfər neyrotravma, 1 nəfər travma şöbəsinə yerləşdirilib. Digərlərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.


xxx

Minik avtomobili ilə avtobusun toqquşması nəticəsində çox sayda yaralı var.

Klinik Tibbi Mərkəzdən verilən məlumata görə, bu saatadək qəza ilə əlaqədar xəstəxanaya 7 nəfər daxil olub. Daha iki nəfərin də gətiriləcəyi gözlənilir. İçərilərində azyaşlı olmaqla çox ağır vəziyyətdə olan yaralılar var.

***

23.18

Ələt qəsəbəsində ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, “Ford Transit” markalı avtomobil “VAZ-2107” markalı avtomobillə toqquşub. Nəticədə 9 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti