Qazax rayonunda yeniyetmə qız ev şəraitində bağlanmış turşudan zəhərlənib.
"Report"un məlumatına görə, hadisə rayonun Qaymaqlı kəndində qeydə alınıb. Kənd sakini, 16 yaşlı R.Mustafayeva qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.