Astarada su anbarında üç aylıq körpənin meyiti aşkarlandı

10:07 - 17 Dekabr 2021 - HADİSƏ

Astara rayonunun Kijəbə qəsəbəsi ərazisindəki su quyusuna üç aylıq körpənin meyiti aşkarlanıb.

"Report"un xəbərinə görə, körpənin su quyusuna bir neçə gün qaldığı ehtimal edilir.

Hələlik hadisənin təfərrüatı məlum deyil.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti