Saatlı sakinində odlu silah aşkarlanıb

21:55 - 14 Dekabr 2021 - HADİSƏ

Saatlı rayon sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayon sakini Həsən Məmmədovdan müvafiq sənədləri olmayan “İj-18EM" markalı ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar aparılır.

Xəbər xətti