Polis 80 nəfəri saxladı - DİN

09:40 - 14 Dekabr 2021 - HADİSƏ

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 29 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-in Mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 80 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti