Hacıqabul sakinindən qanunsuz ov tüfəngi götürülüb
09:09 - 14 Dekabr 2021 - HADİSƏ
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Famil Əsədovdan bir ədəd müvafiq sənədləri olmayan “Tula” markalı, qoşalüləli ov tüfəngi aşkar edilərək götürülüb.Faktla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.