Sabirabaddan Ağsuya qonaq gəldi, bıçaqlandı

21:40 - 13 Dekabr 2021 - HADİSƏ

Ağsu rayonunda qətl hadisəsi törədilib.

Hadisə Padarqışlaq kəndində qeydə alınıb. Sabirabad rayonunun Balvar kənd sakini, 29 yaşlı Dərgahlı Məmmədkərim Kərim oğlu Padarqışlaq kəndində qonaq olarkən onunla qohumları arasında mübahisə yaranıb. M.Dərgahlı mübahisə zamanı bir neçə bıçaq xəsarəti alıb.

Ətrafdakı insanlar onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Lakin yaralının həyatını xilas etmək mümkün olmayıb, o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti