Bakıda qadın evində bıçaqlanıb

08:38 - 13 Dekabr 2021 - HADİSƏ

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Gəncə prospektində yerləşən yaşayış binalarının birində qeydə alınıb. 1977-ci il təvəllüdlü Arzu Səfərova yaşadığı evdə hələlik şəxsiyyəti məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti