Bakıda kişi özünü binadan ataraq intihar edib

22:02 - 12 Dekabr 2021 - HADİSƏ

Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.

İntihar Yeni Yasamal yaşayış massivində baş verib.

Məhəmməd Xiyabani küçəsində yerləşən binanın beşinci mərtəbəsində yaşayan 1987-ci il təvəllüdlü Quliyev Seymur Nəsib oğlu özünü eyvandan atıb.

S.Quliyev hadisə yerində ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər xətti