Kürdəmirdə ikimərtəbəli ev yanıb

10:06 - 12 Dekabr 2021 - HADİSƏ

Kürdəmir rayonunun Qaramahmudlu kəndində ev yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kürdəmir rayonunun Qaramahmudlu kəndində ümumi sahəsi 260 m² (hər mərtəbəsi 130 m²) olan ikimərtəbəli evin çardağının və ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti