Xocavənddə erməni hərbçinin meyitinin qalıqları tapılıb
09:00 - 12 Dekabr 2021 - HADİSƏ
Xocavənddə Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində Azərbaycan hərbçiləri tərəfindən məhv edilmiş daha bir əsgərinin meyitinin qalıqları tapılıb.
Ucnoqta.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hərbçinin şəxsiyyəti məhkəmə-tibb ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qalıqları tapılan itkin düşmüş erməni hərbçilərin sayı 1 704 nəfərə çatıb.