Şəkidə avtomobil divara çırpıldı - Yaralılar var

21:54 - 11 Dekabr 2021 - HADİSƏ

Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Qumux kəndində hərəkətdə olan 55 CC 104 dövlət qeydiyyat nişanlı "Peugeot" markalı avtomobil yoldan çıxaraq divara çırpılıb.
Qəza nəticədə sürücü və avtomobildə olan bir nəfər sərnişin müxtəlif xəsarətləri alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti