Sumqayıtda ictimai yerlərdə koronavirus xəstələri saxlanıldı

21:35 - 11 Dekabr 2021 - HADİSƏ

Sumqayıt şəhərində koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

Ucnoqta.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib.

Müəyyən olunub ki, saxlanılan şəxslər Sumqayıt şəhər sakinləri Gülmalı Novruzov və Həzrət Əlizadədir. Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxslər yaşadıqları evə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.

Xəbər xətti