Qəbələdə iki "VAZ-2107" toqquşub, xəsarət alanlar var

19:27 - 11 Dekabr 2021 - HADİSƏ

Qəbələ rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Nic qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı iki avtomobil toqquşub. Hadisə nəticəsində maşınlardan biri yoldan çıxaraq kolluq əraziyə aşıb. Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti