"Dumping" sendromundan əziyyət çəkən (mədədə yeməyin qalmaması) türkiyəli aparıcı Seren Serengil xəstəxanalıq olub.
Ucnoqta.az xəbər verir ki, aparıcının qaraciyərinin və mədəaltı vəzisinin sıradan çıxma üzrə olduğu öyrənilib:
Serengil vəziyyəti barədə sosial şəbəkədə paylaşım edib:
"Xəstəxanada qalmalıyam, damardan qidalanmağım həkim nəzarəti altında olmalıdır. Ağzımdan aldığım heç bir dərman təsir göstərmir. Orqanlarım pis vəziyyətdədir. Əməliyyat olunana qədər damardan qidalanmağa davam edəcəyəm. Dünən gecə nəfəs ala bilmədim, yuxudan oyandım, indi isə yaxşıyam. Dualarınız üçün çox sağ olun".///axşam.az