Ermənistanda hərbi hissədə atışma - 1 hərbçi ölüb, 2-si yaralanıb

10:07 - 11 Dekabr 2021 - HADİSƏ

Ermənistanda hərbçi əsgər yoldaşını güllələyərək öldürüb.

Məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb. Hadisə Ermənistanın cənubunda yerləşən hərbi hissələrdən birində baş verib.

Kimliyi açıqlanmayan əsgərin açdığı atəş nəticəsində 2002-ci il təvəllüdlü Senik Arzumanyan ölüb.

Atəş açan əsgər daha 2 hərbçi yoldaşını yaralayıb.

Hadisənin təfərrüatı araşdırılır.///report

Xəbər xətti