Hacıqabulda yük avtomobilləri toqquşub, ölən var

09:16 - 11 Dekabr 2021 - HADİSƏ

Hacıqabulda ağır yol qəzası olub. Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, rayon ərazisində “KamAZ" və “Mercedes” markalı iki yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan “KamAZ”dan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti