Lənkəranda 59 yaşlı velosipedçi çaya düşərək boğulub

00:02 - 11 Dekabr 2021 - HADİSƏ

Lənkəranda çayda boğulma hadisəsi qeydə allınıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, axşam saatlarında Vilvan kəndində çayın sahili ilə velosipedlə hərəkətdə olarkən Qurbanəli Cəfərov suya düşüb.

Nəticədə boğularaq ölən 1962-ci il təvəllüdlü kişinin meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti