Bakıda pul nişanına hörmətsizlik edən şəxs polisə çağırılıb

14:53 - 10 Dekabr 2021 - HADİSƏ

"Pul nişanına hörmətsizlik edən şəxs müəyyən olunaraq, polis orqanına çağırılıb."

Ucnoqta.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, paytaxt sakini Etibar İskəndərovla profilaktiki söhbət aparılmaqla, bu əməlin neqativ hərəkət olması onun diqqətinə çatdırılıb: "O, bu əməlindən peşiman olduğunu bildirib, sosial şəbəkələrdə yayılan həmin görüntülərlə görə üzxahlıq edib."

Xəbər xətti