Ağdam sakini borca görə "Azərişıq" əməkdaşlarını bıçaqladı

18:40 - 9 Dekabr 2021 - HADİSƏ

Ağdamda abonent “Azərişıq” ASC-nin iki işçisini bıçaqlayıb, birini döyüb.

Hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

“Azərişıq” ASC-nin Ağdam Elektrik Şəbəkəsi İdarəsinin əməkdaşları - Mirzəyev Tariyel və Mirzəyev Şükür borclu abonent tərəfindən bıçaqlanıblar.

İdarənin digər işçisi Elşən Əzizovu isə döyülüb. İlkin məlumata görə, hadisəni törədən şəxs borcu çox olduğundan elektrikin verilişinin dayandırmaq üçün gələn işçilərə qarşı bu hərəkəti edib.

Faktla bağlı araşdırma aparılır.

Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.///apa

Xəbər xətti