Zərdab sakinindən ov tüfəngi götürülüb

11:49 - 9 Dekabr 2021 - HADİSƏ

Zərdab rayon sakinindən tüfəng götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Qoruqbağı kənd sakini Şirvan Rəsulovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır.

Xəbər xətti