Zaqatalada eyni anda 5 maşın təmiri sexi yanıb

08:53 - 9 Dekabr 2021 - HADİSƏ

Bu gün səhər saat 05:18-də Zaqatala şəhəri ərazisində, Talaçay çayının sol sahilində Qurbanov Qurban Azad oğluna məxsus, ümumi sahəsi 90 kv/ m olan 5 maşın təmiri sexlərində yanğın baş verib. APA-nın məlumatına görə, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində tikilidə olan, ümumi sahəsi 60 kv/ m olan 3 maşın təmiri sexinin yanar konstruksiyaları yanıb. İki maşın təmiri sexi, təmirə qoyulmuş 3 minik avtomobili və ətrafda olan digər tikililər yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti