Salyanda ər və arvad dəm qazından boğuldu

19:00 - 8 Dekabr 2021 - HADİSƏ

Salyanda ər və arvad dəm qazından boğularaq ölüb.

APA-nın məlumatına görə, hadisə Salyan rayonunun Qaraçala kəndində qeydə alınıb.

Həmin kəndin sakinləri olan 1963-cü il təvəllüdlü Əsgərov Əlişirin Daşqın oğlu və onun həyat yoldaşı, 1972-ci il təvəllüdlü Əsgərova Yaqut Təzəxan qızı dəm qazından zəhərləniblər. Onlar Şirvan xəstəxanasına çatdırılsalar da, bir neçə dəqiqədən sonra keçiniblər.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti