Bakıda avtobusda qadını döydülər

18:00 - 8 Dekabr 2021 - HADİSƏ

Bakıda avtobusda qadın sərnişin döyülüb.

Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 3-ü axşam saatlarında paytaxtın Yasamal rayonunda 6 saylı marşrut avtobusunda qeydə alınıb. Sərnişin Ülviyyə Səfərova avtobusa minən tanımadığı qadın tərəfindən döyülüb.

Onun sözlərinə görə, “Elmlər Akademiyası” metrostansiyasından “20-ci sahə”yə gedərkən “Ağ Çiçəyim” gül mağazasının qarşısında avtobusa bir qadın minib. Sonra qadın Ü. Səfərovanı itələyib. Buna etiraz edəndə həmin qadın Ü. Səfərovanı təhqir edərək ona şillə vurub.

Zərərçəkmiş bununla bağlı polisə müraciət  edib. Hazırda araşdırma aparılır.

Xəbər xətti