“Torqovı”da ərəb turist bıçaqlandı

09:05 - 8 Dekabr 2021 - HADİSƏ

Bakıda əcnəbi vətəndaş naməlum şəraitdə yaralanıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Səudiyyə Ərəbistanından olan turist, 1999-cu il təvəllüdlü Ali Ahmad Noaf Nizami küçəsində (“Torqovı” adlanan ərazi-red) naməlum şəraitdə kəsici alətlə xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Xəbər xətti